Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib - FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Şuşa və Hadrutda dislokasiya olunan bölmələrdə olub.
Bu barədə Avtosfer.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, döyüş növbəsinin gücləndirilməsi və digər fəaliyyətlər məşq etdirilib. Baş Qərargah rəisi döyüş, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Sonra general-polkovnik K.Vəliyev komando hərbi hissələrindən birində yaradılan şəraitlə tanış olub. Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bir daha şəxsi heyətin diqqətinə çatdırıb. General-polkovnik K.Vəliyev şəxsi heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Daha sonra komandir heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun davam etdirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müvafiq göstərişlər verilib.






Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...

















