Başqasının maşını ilə qəza törədən sürücü öldü

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb. APA TV-nin məlumatına görə, Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Babayev özünə məxsus olmayan “Mercedes” markalı avtomobillə Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra isə maşını yolun kənarındakı qoz ağacına çırpıb. Deformasiyaya uğramış avtomobildən sürücü Ruslan Babayevi çıxarmaq üçün hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin xilasediciləri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Ruslan Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












