Bayılda yol çökdü; sürücülər diqqətli olsun - VİDEO

Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yolu çöküb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Neftçi Qurban küçəsi, 110 ünvanında – «Panarama» otelin qarşısındakı yolda baş vermiş çökmənin səbəbi artıq məlumdur. Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin binası söküləndən sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Elə tikintiyə başlanandan bəri yolda çökmə prosesi başlayıb. Yolun alt hissəsi qazılıb, uçurum əmələ gəlib. Bu səbəbdən də yol dənizə tərəf sürüşür və hər gün dərin çatlar əmələ gəlir. Sürüşmə nəticəsində ərazidən keçən su boruları, kanalizasiya xətti zədələndiyi üçün dəfələrlə həmin ərazini su basıb. Aparılan kosmetik təmir işləri təhlükənin qarşısını ala bilməyib.
Təqdim etdiyimiz videodan da göründüyü kimi, ərazidə yol iki hissəyə bölünüb. Yolun eyni hissəsinin bir-biri ilə hündürlük fərqi 20 sm-ə çatır. Maşınlar sanki dərin çökəyə düşürmüş kimi qəflətən təhlükə ilə üzləşirlər.
Burada tikilən binanın sifarişçisi «Rossler İntro» MMC, layihəçi «Gentechs» MMC, podratçı isə «İnşaatçı» şirkətidir. Ərazidə 18 mərtəbəli yaşayış binası tikilir. Hər halda, məlumat lövşəsində belə yazılıb. Tikintiyə bu ilin mayında başlayıb
Sakinlər bildirir ki, yolda çatlar və sürüşmə prosesi hər gün sürətlə artır. Artıq vəziyyət o yerə çatıb ki, burada uçqun təhlükəsi yaranıb. Çünki yolun lap yaxınlığı bir neçə metr dərinlikdə qazılıb. Bu o deməkdir ki, yolun alt hissəsi havada qalıb.
Ərazi hasara alandığı üçün aparılan tikinti işlərini görə bilmədik. Yolun alt hissəsindəki vəziyyətlə də tanış olmaq mümkün deyil. Çünki hündür hasardan heç nə görünmürdü. Görünən budur ki, yol çöküb və ciddi təhlükə var.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA

















