Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ - VİDEO

Statistikaya əsasən, bayram günlərində yol nəqliyyat hadisələrinin sayı artır. Yorğun və ya içkili avtomobil idarə edənlər, yol hərəkəti qaydalarını kobud şəkildə pozanlar və məsuliyyətsiz piyadalar təəssüf ki, bu günlərdə daha çox qəzaların baş verməsinə səbəb olur. Elə buna görə də, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara xüsusilə bayram günlərində daha diqqətli olmalarını tövsiyə edir..
Qurban bayramı ilə əlaqədər yol polisi hərəkət iştirakçılarına müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, sabahdan 4 gün ardıcıl qeyri-iş günü elan edildiyindən şəhər sakinlərinin bir çoxu bölgələrə səfər edəcəklər. Bu səbəbdən də avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı ehtimal olunur. O bildirib ki, görülən tədbirlərə baxmayaraq, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlar var. Namidan Piriyevin sözlərinə görə, qəzaların əksəri elə məhz bu səbəbdən, yəni yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına görə baş verir
Namidan Piriyev deyir ki, ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil. Xüsusilə də günün qaranlıq vaxtlarında bəzi piyadalar yolu necə gəldi keçirlər. Bu isə bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir. Namidan Piriyev bayram günlərində qəzaların baş verməməsi üçün yol hərəkəti iştirakçılarına bir sıra tövsiyələr verib.
Qeyd edək ki, yol polisi tərəfindən hərəkət iştirakçılarına respublika əhəmiyyətli yollarda stasionar postlarda hər 2-3 saatdan bir avtomobili saxlayıb qısa müddətə istirahət etmək tövsiyə olunur.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










