Bayramda təcili yardım və polislər ayağa qalxacaq

Yeni il ərəfəsində ictimai asayiş və insanların sağlamlığına cavabdeh olan bir sıra dövlət strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında 140 təcili tibbi yardım maşını və 140 həkim briqadası iş başında olacaq. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova anspress-ə məlumat verib. Onun sözlərinə görə, bayram günləri qeyri-iş günləri olduğu üçün təcili yardıma həkimə müraciət edənlərin sayı artır. “Adi günlərdə 1600-1700 çağırış olursa, bayram günlərində müraciətlərin 2000-nə çatacağı ehtimal edilir. Artıq indidən çağırışların sayı artıb”. – deyə Zemfira Vahidova bildirib.
Həkim deyir ki, bayram günlərində zəhərlənmə hallarından sığortalanmaq üçün şəhər əhlinə boyat yeməklərdən, salatlardan istifadə etməməyi tövsiyə edir. Çünkü zəhərlənmə halları ən çox məhz bu qidalardan yaranır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar paytaxt polisi də yanvarın 3-dək gücləndirilmiş iş rejimində işləyəcək. Polis əməkdaşları əhalinin sıx olduğu ərazilərdə, o cümlədən metrolarda, şadlıq evlərində təhlükəsizliyi təmin edəcəklər. Bayram günlərində paytaxtın prospekt və magistral yollarında təhlükəsizliyə isə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cavabdehlik daşıyacaq.
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI










