Bazarlarda erməni avtomatları: 5 minə “Kalaşnikov“u kimlər satır?

"Tarix göstərir ki, müharibələrdən sonra mülki əhali arasında silahların satışı artır. Bu, hər zaman belə olub. Birinci Qarabağ müharibəsindən sonra da belə idi. Hətta o vaxt bu cür hallar həddən artıq çox yayılmışdı". Bu sözləri son günlər ölkədə qeyri-qanuni silah satışının artmasına, "qara bazar"da "Kalaşnikov" markalı avtomatların 5 min manata təklif olunmasıyla bağlı problemə münasibət bildirən tanınmış vəkil Əsabəli Mustafayev Yenisabah.az-a açıqlamasında deyib. O, Birinci Qarabağ müharibəsindən sonra uzun illər avtomat, tapança, pulemyot kimi silahların satışının baş verdiyini xatırladıb: "44 günlük Vətən müharibəsi oldu və orada qənimət kimi götürülən silahların bir qismi mülki insanların əlinə keçdi. Haradasa gizlədiblər, hansısa yolla gətiriblər bura. Deməzdim ki, çox kütləvi hal alıb. Lakin faktlar var. Bir müddət sonra məlum olacaq ki, bu faktlar biz təsəvvür etdiyimizdən daha çoxdur. İndi orduda intizam Birinci Qarabağ müharibəsində olduğu kimi deyil. Daha ciddi və güclüdür, rəhbərlik var. Belə silahların gizli sürətdə mülki həyata gətirilməsi çox çətin məsələdir.
Çox yaxşı haldır ki, bizim hüquq mühafizə orqanları da belə faktların baş vermə ehtimalını bilirlər və nəzarəti gücləndiriblər. Əvvəllər insanlar silahları gizlətmədən maşınında, evində saxlaya bilərdi. Kiçik bir toqquşma olan zaman silahını çıxarıb hədə-qorxu gələ bilirdi. Lakin indi o zəmanə deyil. Ola bilər ki, sadəcə maraq xətrinə bu cür hallar baş verir. Heç düşünmürlər ki, silahı gələcəkdə haradasa istifadə edə bilərlər.
Eyni zamanda kriminal dairələr də silah satışına maraq yaradıb. Hazırda xarici ölkələrdən Azərbaycana silah gətirmək çox çətindir. Ölkə daxilində odlu silahların dövriyyəsi demək olar ki, dayandırılıb. Lakin kriminal dəstələr silah əldə etmək marağındadırlar. Bu silahlar onlara oğurluq və soyğunçuluq etmək üçün lazımdır. Əgər tələb varsa, onun təmin olunması üçün vasitələr də axtarılacaq. Görünür orduda, döyüşdə iştirak edən bəzi insanlar bu maraqdan istifadə edərək varlanmaq xətrinə silahların alqı-satqısını həyata keçirirlər. Lakin bu vəziyyət uzun müddət davam etməyəcək. Çünki hüquq mühafizə orqanları ciddi tədbirlər görürlər".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












