BDU-da dayanıqlı şəhər mobilliyinə dair infosessiya təşkil edilib - FOTOLAR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) “Dayanıqlı şəhər mobilliyi: Bakı şəhərində bu istiqamətdə görülmüş və planlaşdırılan işlər” mövzusunda infosessiya keçirilib.
BDU-dan Avtosfer.az-a bildirilib ki, tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, universitetin sosial layihələrindən bəhs edib. Həmçinin dayanıqlı şəhər konsepsiyasına uyğun olaraq keçirilən layihələrin və fəaliyyətlərin artıq zərurətə çevrildiyini bildirib.
AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abbasova infosessiyada mikromobillik infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi, paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür. İndiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Bu zolaqların 100 kilometrə çatdırılması nəzərdə tutulur.
Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Tədbirin sonunda BDU ərazisində təlimçilərin iştirakı ilə velosiped turu təşkil olunub.








“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










