BDU-nun yolu nə vaxt açılacaq?

İki ildən çoxdur ki, Bakı Dövlət Universitetinin əsas girişi metronun “Elmlər Akademiyası”nın ikinci çıxışının tikintisinə görə bağlanıb. Hər il metronun 2-ci çıxışının açılacağı ilə bağlı xəbərlər yayılsa da bu, öz təsdiqini tapmır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev aznews.az-a açıqlamasında Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının 2015-ci ilin ilk yarısında istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, ərazi məcburiyyətdən bağlanıb. Aparılan işin bütün yolu əhatə etdiyini deyən Nəsimi Paşayev təhlükəsizlik baxımından yolun bağlandığını qeyd edib. “Proqrama əsasən bir çıxışlı stansiyaların ikinci çıxışı tikilməlidir. Odur ki, bununla bağlı “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı tikilir. Bu çıxış da təbii ki, BDU-nun qarşısında olacaq. Hazırda orada işlər qrafikə uyğun aparılır. Tunel işləri artıq bitib. İndi çıxış hissədə işlər davam etdirilir. Orada yolun hər iki tərəfinə çıxış nəzərdə tutulub. Layihə çərçivəsində stansiyanın dörd əlavə çıxışı tikiləcək ki, onlardan ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yoluna çıxacaq”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












