Benzin qıtlığı olmayacaq; tələbat artıb

Benzinə olan illik tələbatın artmasına baxmayaraq, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) malik olduğu istehsalat obyektləri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirmə işləri tamamlanana kimi Azərbaycanda Aİ-92 markalı benzinə olan tələbatı tam təmin etməyə imkan verəcək. Avtosfer.az-ın məlumatına görə, bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib. Ötən il respublikanın benzinə artan tələbatının təmin edilməsi çərçivəsində ARDNŞ Aİ-95 markalı benzinin istehsalını tamamilə dayandırdı. Şirkət respublikada sərf edilən benzinin əsas hissəsi olan Aİ-92 benzininin istehsalına keçdi. Ölkədə 95 oktan ədədli benzinə tələbat idxal hesabına təmin olunur. Mənbə bildirib ki, respublikanın Aİ-92 benzininə tələbatı tamamilə təmin olunur və NEZ tam modernləşdirilənə qədər təmin olunacaq: "Bu onunla izah olunur ki, istehlakın artması ilə paralel olaraq modernləşdirmə nəticəsində emal obyektləri də genişləndirilir".
Onun sözlərinə görə, Azərbaycanda istehlak olunan benzinin ümumi həcmində Aİ-92 markalı benzinin payı təxminən 80-90 faizdir.
Heydər Əliyev adına Bakı NEZ-in modernləşdirilməsi işlərini 2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərində başa çatdırmaq planlaşdırılır.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










