Benzinin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin ucuzlaşması fonunda ölkədə benzinin ucuzlaşmamasına münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib ki, Azərbaycanda istehsal edilən “Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
Vitse-prezident bildirib ki, SOCAR ölkə daxilində benzinin pərakəndə satışından çox az miqdarda gəlir əldə edir: “Bu vəsait də gəlir vergisinin ödənilməsinə yönəldilir. Bundan başqa, SOCAR qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edib. Bu qiymətlərin içində vergilərin həcmi müəyyən edilib. Məlum oldu ki, Azərbaycanda neft məhsullarının qiyməti daha aşağıdır, vergilər həcmi isə daha yuxarıdır. Bütün bunları nəzərə alaraq, məlum olur ki, benzinin qiymətinə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yaranmır. Ölkə daxilində manatın qiymətdən düşməsində heç bir problem yoxdur, camaatın aldığı maaşda heç bir dəyişiklik yoxdur. Təbii, dövlət sabah qərar qəbul etsə ki, yanacağın qiymətinə baxılsın, bu halda bu qiymətlərə baxıla bilər”.
Ölkəyə gətirilən benzinin qiymətinin aşağı salınması məsələsinə toxunan S. Qasımov bildirib ki, “Aİ-95” və “Aİ-98” markalı benzin dövlət tərəfindən tənzimlənmir: “Bu markadan olan benzini bəzi şirkətlər gətirir. Bu baxımdan ölkəyə gətirilən benzinin də öz xərcləri var. Burada da bu yanacağın ölkəyə gətirilməsinin maya dəyəri nəzərə alınmalıdır”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












