Bərdədə bacısını və polisi öldürmək istəyən şəxsin istintaqı başa çatdı

Mayın 30-da Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Vüsalə Cəfərova və Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı Eşqin Məmmədova bıçaq zərbələri vurularaq qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Avtosfer.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olan məlumat əsasında hadisə yerinə gedən rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana daxil olarkən Vüsalə Cəfərova azyaşlı qızı ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərovun əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Elçin Cəfərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











