Bərdədə yol polisini yandırdilar; sürücü sərxoş olub - YENİLƏNİB

Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə aktual.az-a Bərdədən məlumat verilib. Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub. Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı aktual.az-a təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğundadır, araşdırılır.
***
Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon mərkəzində qeydə alınıb. Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E. Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb. Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E.Cəfərov tutulub. A.Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












