Betonqarışdıran maşın aşdı - VİDEO

Ötən gün Bakı Dairəvi yolun Lökbatan qəsəbəsinə gedən istiqamətində betonqarışdıran maşının iştirakı ilə avtomobil qəzası baş verib. ANS-in məlumatına görə, qəza zamanı Rasim Quliyevin idarə etdiyi yük maşını əvvəlcə yoldan çıxaraq arakəsmələrə çırpılıb. Bundan sonra isə avtomobil aşaraq qarşı yola keçib. Hadisə anında qarşı yoldan nəqliyyat vasitələrinin gəlməməsi isə qəzanın daha geniş miqyas almasına imkan verməyib. Hadisədən sonra təxminən 50 metrə yaxın yolayrıcı dəmir arakəsmələr qırılaraq yararsız vəziyyətə düşüb. Qəzanı törədən sürücü isə hadisənin maşında baş verən texniki nasazlıq səbəbindən yarandığını bildirdi. Yük maşınının sürücüsü Rasim Quliyev deyir ki, qəfildən maşının əyləci tutmadı.
Qəza ilə bağlı Qaradağ Rayon Dövlət Yol Polis şöbəsinini əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hadisənin baş vermə səbəblərini isə təyin ediləcək ekspertizalar müəyyən edəcək. Qəzadan sonra Bakı Dairəvi yolundan üzü Yasamal rayonu ərazisinə doğru hərəkət istiqamətində bir müddət avtomaşınların sıxlığı da müşahidə olunub. Ərazidə olan yol polislərinin müdaxiləsindən sonra isə avtomobillərin hərəkətini qaydaya salmaq mümkün olub.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












