Beynəlxalq aviareyslər yenidən dayandırıla bilər

Qazaxıstanın Səhiyyə Nazirliyində koronavirusla bağlı vəziyyətə görə oktyabrın 5-dən beynəlxalq hava əlaqəsinin dayandırılmasını təklif ediblər.
Səhiyyə Nazirliyi tərəfindən yoluxmanın yayılmasının qarşısını almaq məqsədilə oktyabrın 5-dən hava əlaqəsinin bərpasını dayandırmaq təklif olunur.
Qazaxıstanın Səhiyyə naziri Aleksandr Tsoy bildirib ki, Türkiyəyə aviareyslərin sayı azaldılmalı və xarici ölkələrə yerinə yetirilən reyslərin sayı isə artırılmamalıdır.
Bundan başqa, nazir dövlət sərhədində karantin stasionarlarının yerləşdirilməsini təklif edib. Qazaxıstana gələn hər kəs özü ilə koronavirus testinin nəticəsinə malik olmalıdır. Nəticə haqqında arayış olmadıqda ölkəyə gələnlər testin keçirilməsi üçün iki sutkaya qədər karantin stasionarında təcrid olunmalıdır. Bu tədbirlər Qazaxıstana gələn sərnişinlərin istənilən nəqliyyat növündən istifadəsinə aid edilir.
Xatırladaq ki, avqustun sonunda Qazaxıstan 4 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Belarus və Ukrayna istiqamətində aviareysləri bərpa edib. Sentyabrın 18-dən “Air Astana” aviaşirkəti Almatıdan Daşkəndə, sentyabrın 21-dən etibarən isə Rusiyaya həftəlik reysləri bərpa edib. (AZƏRTAC)
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











