Beynəlxalq Avtovağzaldan sərnişinlərə ŞAD XƏBƏR - Hər şey nəzərə alınıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK-ın mətbuat katibi Samir Səfərov Avtosfer.az-a bildirib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib. Sanitar- gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.
Şəhərlərarası, rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı nəzarət gücləndirilib.
Vətəndaşlarımız elektron ünvan, sosial media hesablarımız və əlaqə telefonlarımız vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərlər.
Sərnişinlər onları maraqlandıran suallarla bağlı “ 1414” Çağrı Mərkəzinə, şəhər telefonlarından isə (012) 406-01-58/59 nömrələrinə zəng edərək informasiya ala bilərlər.
[email protected] e-mail ünvanına və ya BBAK-ın “Facebook” səhifəsinə narahatçılıq doğuran məsələləri yazıb bildirə bilərlər.
Sərnişinlərə tövsiyyəmiz odur ki, biletlərini qabaqcadan BBAK-ın kassalarından təmin etsinlər. 10 gün qabaqcadan 1 gün öncəyədək həm nəğd, həm də onlayn şəkildə bilet əldə etmək mümkündür. Qabaqcadan bilet əldə etməklə sərnişinlər əlavə vaxt itirmədən, rahat şəkildə BBAK-a gələrək səfər edə bilərlər. Biletlərin qiyməti “avtovagzal.az” saytında öz əksini tapıb.
Bayramda əsas axının Cənub və Şimal-Qərb istiqamətlərində olacağı gözləniləndir.
ŞİMAL-QƏRB MARŞRUTU: BAKI — ŞAMAXI — İSMAYILLI — QƏBƏLƏ — OĞUZ — ŞƏKİ — QAX — ZAQATALA — BALAKƏN
CƏNUB MARŞRUTU: BAKI — MASALLI — LƏNKƏRAN — LERİK — ASTARA
Adi günlərdə BBAK-dan gün ərzində 180-ə yaxın müntəzəm və qeyri-müntəzəm avtobuslar reysə çıxır. Bayramda zərurət olduğu təqdirdə avtobus sayının 300-ə çatdırılması nəzərdə tutulub. Sərnişin sayı cari günlərdə 3000- 4000 arasında olursa, bayram günləri bu rəqəmin 10-12 min arasında dəyişəcəyi gözlənilir.
Emin
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT












