“Beynəlxalq standartlara görə, əhaliyə kredit verilməli deyil” - Əkrəm Həsənov

Azərbaycanda istehlak kreditləri üzrə qanun qəbul edilməlidir. Əksər ölkələrdə belə qanun var. Bu gün banklar vəziyyətdən sui-istifadə edərək vətəndaşlarla bağladıqları müqaviləyə istənilən şərtləri qeyd edirlər və sonra vətəndaşların başına oyun açırlar.
Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında bank eksperti Əkrəm Həsənov deyib.
O bildirib ki, əhalinin rəsmi gəliri nəzərə alınsa, qanunla banklar istehlak krediti verməli deyil:
"Qanunvericiliyə və beynəlxalq standartlara görə banklarımız gərək əhaliyə ümumiyyətlə kredit verməsin. Çünki onların rəsmi gəlirləri bank kreditini qaytarmaq üçün kifayət deyil. Sadəcə banklar gəlir əldə etmək üçün bu kreditləri verirlər. Lakin şəffaflaşma və kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli insan bankdan kredit ala bilməyəcək. Bu, normal prosesdir. Krediti ödəyə bilməyən insanların bankdan kredit götürməsi doğru deyil".
Ekspert onu da qeyd edib ki, bankdan keridt götürən vətəndaşların əksəriyyətinin gəliri qeyri-rəsmi olduğu üçün onların krediti ödəmə imkanının həqiqətən olub-olmamasını ayırd etmək çətin olur.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












