Beyninə qan sızan aktyorun SON VƏZİYYƏTİ: "Kritik 72 saatın 48-i arxada qalıb"

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti məlum olub.
Aktyorun bacısı Dilarə Əliyeva bildirib ki, artıq əməliyyatdan sonrakı kritik 72 saatın 48 saatı tamam olub.
"Hələlik Vüsal reanimasiya şöbəsindədir. Ümidimiz böyükdür. İnşallah, qalan saatları da bu gün normal keçirsə, güman edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin anevrizma əməliyyatlarında ən çox ehtiyat etdiyi dövr vazospazm (damar büzüşməsi) dövrüdür. Bu müddətdə orqanizmin müdaxilələrə reaksiyası önəmli rol oynayır".
D.Əliyeva qeyd edib ki, həkimlər zəruri olan bütün tibbi müdaxilələri həyata keçiriblər, lakin əsas məsələ orqanizmin özünü necə aparacağıdır:
"Həkimlərin ehtiyat etdiyi də elə bu dövrdür. Dediyim 72 saat ona xidmət edir ki, həmin o təhlükəli dövrü orqanizm keçsin. Hazırda Vüsal əməliyyat qədər önəmli bir dönəmdən keçir. İnşallah ki, hər şey qardaşım üçün yaxşı olacaq".
Xatırladaq ki, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.(oxu.az)
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












