Bəzi avtobuslarda nasazlıqla bağlı onların rəhbərliklərinə təqdimatlar verilib - NİİM

“Qış mövsümü ilə bağlı şəhər sərnişindaşımalarına cəlb olunmuş marşrutların təmizliyi ilə bağlı işlərin təşkili, mürəkkəb metroloji şəraitdə görüləcək işlərə rəhbərlik etmək üçün koordinasiya mərkəzi və qərargah yaradılıb”. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, həm tabeli müəssisələr, həm də özəl sektora aid avtonəqliyyat vasitələrinin hazırlıq prosesi ilə bağlı tədbirlər planı hazırlanıb. Həm hüquqi həm də fiziki şəxslərə sərnişindaşıma prosesinin vaxtında, keyyfiyyətlə həyata keçirilməsi tapşırılıb. Ş.Mehmanqızı bildirib ki, buraxılış illəri köhnə olan bir neçə avtobus nəqliyyat vasitələrində istilik sisteminin işləməməsi aşkar edilib, şüşətəmizləyici mexanizmdə müəyyən nasazlıq yaranıb. Bununla bağlı müəyyən sərnişindaşıma vasitələrinin rəhbərliklərinə təqdimatlar verilib. Qısa müddətdə bu problem aradan qaldırılacaq. Eyni zamanda ekstremal hava şəraiti ilə əlaqədar olaraq, Bakı şəhərindəki marşrut avtobuslarının normal sərnişindaşıma xidmətinin təşkil olunması üçün və sərnişindaşımalarda problem yaranmasın deyə bu məsələləri operativ həyata keçirmək məqsədilə xüsusi məsul işçilərin növbətçiliyi təşkil olunub. Hava şəraiti kəskin dəyişəcəyi təqdirdə avtobusların fasiləsiz işini və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülər təlimatlandırılıb. "Məsul işçilərdən ibarət növbətçilik rejimi yaradılıb. Bakı şəhərində marşrut xətti üzrə istismar edilən bütün avtobus nəqliyyat vasitələrinin normal hərəkətinin fasiləsiz təmin edilməsi məqsədilə qış mövsümündə qardan təmizlənməsi nəzərdə tutulan küçə və meydanlardan keçən avtobus marşrutlarının siyahısı hazırlanıb və Dövlət Avtomobil Nəqliyyatı xidmətinə təqdim olunub. Hidrometeorologiya departamenti qar olacağı ilə bağlı proqnoz yaydığı halda, yollarla bağlı siyahı ictimaiyyətin diqqətinə çatdırılacaq".
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










