Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA

Bakı metrosunda aparılan təmir işləri və bəzi istiqamətlərdə tətbiq olunan dəyişikliklər sərnişinlərin gündəlik hərəkətinə təsirsiz ötüşməyəcək. Metrodan istifadə edən sərnişinlərin bir hissəsinin alternativ nəqliyyat vasitələrinə, xüsusilə avtobus və taksilərə yönəlməsi gözlənilir. Bu isə müəyyən saatlarda taksilərə olan tələbin artmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, qarşıdakı dövrdə taksi xidmətlərinə tələbin artması qiymətlərdə də müəyyən dəyişikliklərin olub-olmayacağı sualını gündəmə gətirir. Xüsusilə səhər və axşam pik saatlarda sərnişin axınının artması taksi xidmətlərinə olan tələbi yüksəldə bilər. Digər tərəfdən, yeni tədris ilinin başlaması ilə şəhərdə ümumi hərəkətliliyin artması da taksi bazarında qiymətlərə təsir göstərə biləcək amillərdən biridir. Bəs metrodakı təmir işləri və edilən dəyişikliklər taksi qiymətlərinin artmasına səbəb ola bilərmi? Taksi xidmətlərinə tələbin artması qiymətlərə nə dərəcədə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələni yalnız metropolitendə aparılan təmir işləri ilə əlaqələndirmək düzgün olmaz:

"Taksi xidmətlərinə olan tələbin və qiymətlərin formalaşmasına eyni zamanda bir neçə amil təsir göstərə bilər. Bu baxımdan, metroda aparılan təmir işləri ilə yanaşı, mövsümi faktorları, xüsusilə də yeni tədris ilinin başlanmasını da nəzərə almaq vacibdir. Metropolitendə həyata keçirilən təmir və yenilənmə işləri sərnişinlərin gündəlik nəqliyyat seçimlərinə müəyyən dərəcədə təsir göstərə bilər. Metro stansiyalarının və ya ayrı-ayrı xətlərin fəaliyyətində yaranan məhdudiyyətlər sərnişin axınının bir hissəsinin alternativ nəqliyyat vasitələrinə yönəlməsinə səbəb ola bilər. Bu alternativlər sırasında avtobus, şəxsi avtomobil və digər nəqliyyat vasitələri ilə yanaşı, taksilər də xüsusi yer tutur. Xüsusilə vaxt itkisinin qarşısını almaq və birbaşa ünvana çatmaq istəyən sərnişinlər müəyyən hallarda taksidən daha çox istifadə etməyə üstünlük verə bilərlər. Nəticədə müəyyən marşrutlar üzrə taksi xidmətlərinə tələbin artması mümkündür. Lakin taksi bazarında müşahidə olunan dəyişiklikləri yalnız metro ilə bağlı faktorlarla izah etmək tam mənzərəni əks etdirməyə bilər. Qarşıdakı dövrün xüsusiyyətlərindən biri də yeni tədris ilinin başlamasıdır. Yeni dərs mövsümünün başlanması ilə şəhərdə gündəlik hərəkətlilik əhəmiyyətli dərəcədə arta bilər. Şagirdlərin və tələbələrin təhsil müəssisələrinə gediş-gəlişi, valideynlərin uşaqları müşayiət etməsi, eləcə də insanların iş və təhsil qrafiklərinin daha intensiv xarakter alması nəqliyyata olan ümumi tələbi yüksəldə bilər. Xüsusilə səhər və axşam saatlarında nəqliyyata tələbin artması taksi xidmətlərində də əlavə yüklənmə yarada bilər. İnsanların daha qısa müddətdə mənzil başına çatmaq istəyi, ictimai nəqliyyatda sıxlığın artması və alternativ nəqliyyat vasitələrinə ehtiyacın yüksəlməsi taksidən istifadəyə marağı artıran əsas amillər sırasında ola bilər. Bu isə öz növbəsində bazarda tələb-təklif nisbətinə təsir göstərərək qiymətlərdə müəyyən dəyişikliklərin yaranmasına şərait yarada bilər".
Ekspert onu da qeyd edib ki, qarşıdakı dövrdə qiymətlərin hansı istiqamətdə dəyişəcəyini də məhz bu amillərin nə dərəcədə və hansı formada təsir göstərəcəyi müəyyənləşdirəcək.
Fatimə
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










