Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?

Bakı metrosunda xətlərin ayrılması layihəsinin tələbələr üçün kirayə mənzil bazarına mümkün təsiri müzakirə mövzularından biridir. Qeyd edək ki, layihə çərçivəsində "yaşıl" və "qırmızı" xətlərin ayrılması, o cümlədən "28 May" stansiyasında müvafiq infrastrukturun yenidən qurulması nəzərdə tutulur.
Avtosfer.az-ın məlumatına görə, əmlak eksperti Ramil Qasımzadə Oxu.Az-a açıqlamasında bildirib ki, kirayə mənzillərin bahalaşmasını birbaşa metroda xətlərin ayrılması layihəsi ilə əlaqələndirmək düzgün olmaz.
Onun sözlərinə görə, kirayə mənzil bazarında ənənəvi olaraq avqustun sonları və sentyabr aylarında qiymət dəyişiklikləri baş verir:
"Ən azı 10 faiz olmaqla artımlar müşahidə edilir. Bu, təbii olaraq bazara yeni tələbə "ordu"sunun daxil olması ilə bağlıdır. Əvvəllər ikinci, üçüncü, dördüncü kursda oxuyan tələbələr may ayında evlərini boşaldır, sentyabr ayında yenidən ev axtarışına çıxırdılar. Amma son illərdə bu prosesi müşahidə etmirik. Artıq tələbələr tutduqları evdə qalırlar. Birinci kursa gedən tələbələr ev axtarışına çıxırlar.
Təbii olaraq, kirayə mövsümü sentyabr ayından başlayır. Bu ayda kütləvi tələb yaranır. Mənzillərini kirayə verənlər də bu fürsətdən istifadə edərək bir çox hallarda qiymətləri artırırlar. Sentyabr və oktyabr aylarında bu bahalaşma müşahidə olunur, sonrakı aylarda isə, xüsusilə noyabr-dekabr aylarından etibarən stabilləşmə özünü göstərir".
Ekspert metro xətlərinin ayrılmasının isə müəyyən ərazilərdə yerləşən mənzillərin kirayə qiymətinə lokal təsir göstərə biləcəyini istisna etməyib:
"Metrodakı dəyişikliklər müəyyən qədər təsir göstərə bilər. Məsələn, "Elmlər Akademiyası" stansiyası yaxınlığında olan evlərə çıxış bir qədər çətinləşərsə və ya hansısa ərazidən gedən şəxs əlavə keçiddən istifadə etməli olarsa, bu, əlavə xərc yarada bilər.
Bundan istifadə edib bəzi ev sahibləri kirayə haqqını 50-100 manat artıra bilərlər. Tələbələrin ali təhsil ocaqlarının yaxınlığında olan evlərə üstünlük verməsi də mümkündür. Amma bu, kütləvi xarakter daşımayacaq.
Ümumən bahalaşmanın mövsümlə əlaqəli olduğunu deyərdim. Hər bir tələbə üçün ali təhsil müəssisəsinə yaxın yaşamaq həm nəqliyyat baxımından əlverişlidir, həm də vaxta qənaət etməyə imkan verir. Bu baxımdan ali təhsil ocaqlarının yaxınlığında yerləşən evlərin kirayə qiymətləri digər ərazilərlə müqayisədə daha baha olur".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












