Biabırçı videoya görə müəllimə töhmət verildi - YENİLƏNİB - VİDEO

Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
165 nömrəli tam orta məktəbdən Avtosfer.az-a verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
***
Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil Nazirliyi isə məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı. Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Unikal"a açıqlamasında həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını deyib. O, həmin məktəbə getdiyini bildirib:
"Şagirdlər də həmin videonun bu məktəbdə qeydə alındığını təsdiqlədilər. Videoda görüntülənən şagirdləri hansı cəzanın gözlədiyi məsələsinə gəlincə isə, onlara yalnız məktəbin daxili nizam-intizam qaydasını pozduqlarına görə xəbərdarlıq edilə bilər".
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












