Biləsuvar sakini Şirvanda külli miqdarda narkotiklə saxlanılıb - FOTO

Şirvanda 2,7 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2,7 kiloqram narkotik vasitələr olan tiryək və heroin dövriyyədən çıxarılıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayonunun Günəşli kənd sakini, 1998-ci il təvəllüdlü Tahirli Əli Eldar oğlu şəhərin H.Əliyev prospektində yerləşən dayanacağın arxasından içərisində narkotik vasitələr olan zənbili özü ilə götürüb oradan uzaqlaşan zaman polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs polis şöbəsinə gətirilərək əlində olan zənbilə baxış keçirilib. Baxış zamanı zənbilin içərisindəki sellofan bağlamalardan 1,450 kq narkotik vasitə olan tiryək və 1,230 kq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Ə.Tahirli öz izahatında qeyd edib ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının telefonla tapşırığı əsasında gizli saxlanc yerindən götürərək Bakı şəhərinə çatdırmalı idi. Lakin onun bu niyyəti baş tutmayıb və polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. (APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














