Bilet satışında problem - VİDEO

Dekabrın 28-31 tarixləri üçün ölkədaxili qatarlara bilet satışında problemlər artıq indidən yaranıb. ANS-in məlumatına görə, bilet satışı həmişə 10 gün bundan əvvəl online qaydada həyata keçirilir. Kimi bu müddətdə əvvəlcədən ehtiyatını görüb, biletini alır, kimi də gedəcəyi ünvana bir gün qalmış bilet axtarışında olur. Nəticədə də narazılıq yaranır. Bilet kassalarına müraciət edənlərin sayında isə artıq indidən artım müşahidə olunur. Kassirlərin sözlərinə görə, sabah bəzi bölgələrə bilet satışı həyata keçiriləcək. Buna görə sıxlığın daha çox olacağı gözlənilir. Qatarla yola düşənlərin gedəcəyi istiqamətlərsə əsasən respublikanın qərb hissəsidir. Xəzinadar Nailə Mirzəyevaın sözlərinə görə, ən çox təlabat Tiflisi və yerli qatarlara olur. O yerli qatarlardan isə ən çox Bakı-Ağstafa və Bakı –Balakən rayonlarına bilet satışının edildiyini bildirdi. Azərbaycan “Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov hazırda ehtiyac yaranan istiqamətlərə biletlərin satışında problemlərin olmadığını bildirdi. Onu da əlavə etdi ki, qurum artıq gücləndirilmiş iş rejiminə keçib, buna görə də qatarlara əlavə vaqonların qoşulması da planlaşdırılır. N.Əzməmmədov Tiflisi qatarına əlavə turist qatarının qurlaşdırıldığını və bu qatarın dekabrın 29-da saat 2-də Tiflisə yola düşəcəyini deyir. Əks istiqamətdə isə həmin qatar yanvarın 3-ü saat 22:00-da Tiflisidən geri qayıdacaq. Odur ki yeni ili yaxınları sevdikləri ailəsiylə keçirmək istəyənlər vaxtında bilet əldə edin ki sonra narazılıq olmasın.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










