Binanın həyətində obyekt tikmək sitədilər; icra hakimiyyəti qarşısını aldı - VİDEO

Sosial şəbəkələrdə Xətai rayonunda məhəlləyə vurulan səki daşlarının kimlərsə tərəfindən sökülməsi ilə əlaqədar video yayılıb.
Avtosfer.az xəbər verir ki, rayonun Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında binanın həyətində kimliyi məlum olmayan şəxslər tərəfindən səkidə söküntü işlərinə başlanması ilə əlaqədar görüntülər paylaşılıb. Binada yaşayan sakinlər bildiriblər ki, söküntü işləri həyətdə obyekt tikmək üçün başladılıb. Müəyyən hissədə artıq daşlar bilərəkdən partladılıb. Sakinlər həmin şəxslərin özlərinə bununla əlaqədar xəbərdarlıq etsələr də, nəticə əldə edə bilməyiblər. Buna görə də rayon icra hakimiyyətinə müraciət etməli olublar.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Avtosfer.az-a açıqlamasında bildirib ki, bina sakinləri tərəfindən dünən bu barədə quruma şikayət daxil olub. Şikayətdə bildirilib ki, binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinə aid müəssisənin işçiləri tərəfindən söküntü işləri başladılıb:
“Bizə məlumat daxil olan kimi icra başçısının göstərişi ilə qarşısı alınıb. Məhəllədəki söküntü işləri tamamilə dayandırılıb və ərazi ilkin vəziyyətinə bərpa olunub”.
Səfər
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO












