Binəqədidə daha bir küçə təmir olunur - FOTO

Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, küçənin uzunluğu 600 metr, ortalama eni isə 16 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır.
Ümumilikdə küçənin 9500 kvadrat metr ərazisinə yeni asflat-beton örtüyü döşənəcək.
Ağasadıq Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılacaq. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












