Bir ailəni məhv edən sürücü həbs edildi - BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirli bilinən Qurban Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az.-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Qurban Əliyev 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qurban Əliyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, Qurban Əliyev 2014-cü il martın 19-da baş verən ağır qəzanın törədilməsində təqsirli bilinib. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu - 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1984-cü il təvəllüdlü Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyeva, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Əliyev Qurban Cəfər oğlu, 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1985-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












