Bir gündə «Kamaz»ın iştirakı üçüncü qəza baş verdi; 1 ölü

Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya yolunun 132-ci kilometrliyində ağır yol qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, Şabran rayonunun Qəndob kəndi ərazisində iki maşın toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb.Qəza zamanı 1980-ci il təvəllüdlü Rəşid Fərəculla oğlu Miqbilovun idarə etdiyi Bakı istiqamətində hərəkət edən “Kamaz” markalı yük maşını ilə 1982-cı il təvəllüdlü Rafiq Adıgözəl oglu Mövlanverdiyevin idarə etdiyi Quba istiqamətində hərəkət edən VAZ-2106 avtomobili toqquşub. Qəza nəticəsində Rafiq Adıgözəl oglu Mövlanverdiyev həlak olub. Hadisə yerində olan Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, qəza zamanı günah VAZ-2106 avtomobilinin sürücüsü Rafiq Mövlanverdiyevdə olub. O, qarşıdan gələn “Kamaz”ın yoluna çıxıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az-ın məlumatına görə, bu, mayın 30-da yük maşınlarının iştirakı ilə baş vermiş üçüncü yol qəzasıdır. Bu gün Ağsu rayonunda da «Shagman» markalı avtomobilin iştirakı ilə ağır qəza baş verib, 4 nəfər ölüb, 7 yaralı var. Axşam saatlarında isə «Kamaz» markalı avtomobil Bakı-Sumqayıt yolunda sərnişin avtobusu ilə toqquşub. Yaralılar var.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












