Bir həftədə 321 sürücü pərdə və plyonkaya görə cərimələnib

«Son 7 gündə ölkə ərazisində 321 sürücü pərdə və plyonkadan istifadə etdiyinə görə cərimələnib". Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, pərdə və plyonkaların istifadəsi qanunla nəzərdə tutulan icazə müddətinin bitdiyi vaxtdan, yəni noyabrın 16-dan bu günə qədər respublika ərazisində 321 sürücü pərdə və plyonkalardan istifadə etdiyinə görə cəzalanıb. Baş verən qanun pozuntularının 159-u paytaxt Bakının payına düşür. K.Əliyev sürücülərə müraciətində bildirib ki, noyabrın 16-dan pərdə və plyonkaların icazə verilən istifadə müddəti bitdiyinə görə, sürücülərin bunu nəzərə almaları və bu kimi qanun pozuntusuna yol verməməyi məsləhət görür: ”Bu kimi qanun pozuntusu edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən məsuliyyətə cəlb ediləcək və yüz əlli manat miqdarında cərimə olunacaqlar“.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












