Bir neçə məhkəmə hakimi cəzalandırıldı

Bir neçə hakim barəsində cəza tədbiri görülüb. Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Şuranın iclasında hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Habelə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 6 digər hakim barədə intizam icraatına başlanılıb.
Emin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












