Bir neçə obyekt cərimələnib - TAM SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 20 mart 2021-ci il tarixində ölkə üzrə 236 ictimai iaşə obyektində 397 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Malik Mustafayev küçəsi ev 7 ünvanında yerləşən, fiziki şəxs Şamiyeva Lətifə Abas qızına məxsus kafe;
2. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Ramil Rəhimov Dilman oğluna məxsus “Elit” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 56, m. 35 ünvanında yerləşən, "Urban Solution" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus pub;
4. Bakı şəhəri, Səbail rayonu, Xəqani ev 21 m.- ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad Qızına məxsus “BeeArif By Mydom” restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus “İncir” kafesi;
6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ev 240, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Emrah Aksakala məxsus restoran;
7. İsmayıllı rayonu, Buynuz kəndində yerləşən, fiziki şəxs Şəfiyev Toğrul Fazil oğluna məxsus kafe;
8. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Elçin Aydın oğluna məxsus çay evi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











