Bişkekdə etirazçılar meriya binasını və dövlət qurumlarını ələ keçirdilər

Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.
Modern.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.
"Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.
Məlumata görə, paytaxt Bişkekdə etirazçılar meriyanın binasını ələ keçiriblər. Şəhər meri Aziz Surakmatov "24.kg" agentliyinə açıqlamasında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatı açıqlanmır.
Qeyd edək ki, etirazçılar ölkədə keçirilmiş parlament seçkilərinin nəticələri ilə razılaşmırlar. Daha əvvəl etiraz aksiyasının iştirakçıları Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi, sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər. Eyni zamanda aksiyaçılar dövlət başçısının administrasiyasının olduğu parlament binasını da tutublar.
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF












