Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Zeynal Sadıqovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ötən il sentyabrın 6-da Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda üzərində zorakılıq əlamətləri ilə 25-30 yaşlarında olan qadın meyiti aşkar ediblər. Prokurorluğun müstəntiqi və ekspertin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, səhərisi gün istintaq yolu ilə müəyyən edilib ki, həmin qadın Nazilə Əmrahovadır (1968-ci il təv.). Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli bilinən Zeynal Sadıqov tutulub. Onun əvvəllər Baş Dövlət Yol Polisində işləməsi məlum olub.
İş üzrə dindirilən Zeynal Sadıqov Nazilə Əmrahovanı pul borcuna görə qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl Nazilə ilə tanış olub, birgə biznes qurublar, eyni zamanda aralarında yaxın münasibət yaranıb.
Qətl 4000 manat borc üstündə baş verib. Ayın 5-də axşam onlar qadına məxsus “Honda” markalı avtomaşınla Bülbülə qəsəbəsinə gəliblər, salonda oturub, söhbət edərkən münaqişə başlayıb, buna görə Zeynal ilk zərbələri Naziləyə elə avtomobildə vurub. Yaralanan qadın imkan tapıb, qaçmağa cəhd göstərsə də, Sadıqov ona əlavə xəsarətlər yetirib və meyitini qəbiristanlıqda ataraq, hadisə yerindən uzaqlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Z.Sadıqovın müdafiəçisi apellyasiya şikayəti verərək onun cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib və Zeynal Sadıqovun cəzası 9 ilə endirilib.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










