Biznesmen deputat “Kapital Bank”ın kreditini qaytarmır? - İddialara CAVAB

Bəzi KİV-lərdə “Kapital Bank”ın deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu borc müqaviləsi üzrə mübahisəyə görə məhkəməyə verməsilə bağlı məlumat yayılıb. Bildirilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, iş hazırda məhkəmədə olduğundan, hər hansı açıqlama vermək istəmirlər.
Deputat İqbal Məmmədov isə Modern.az-a danışarkən iddiaları yalanlayıb. O bildirib ki, heç bir banka kredit borcu yoxdur: “Məsələnin mənə heç bir aidiyyatı yoxdur. Nə “Kapital Bank” məni məhkəməyə verib, nə də bunun üçün əsas var. Çünki mən Məmmədov İqbal Nəriman oğlu indiyədək nəinki “Kapital Bank”, ümumiyyətlə heç bir bankdan kredit götürməmişəm. Çingiz Məmmədov mənim qardaşımdır. Ola bilər məsələ onunla bağlıdır, amma bunu mənim adıma yazmaqda məqsəd nədir?! Bunu yazanlar Azərbaycanda jurnalistikaya aidiyyatı olmayan, hansısa məqsədlər üçün bu sahəyə gələnlərdir. Məqsədlərinə çatmayanda da bu üsullara əl atırlar”.
İ.Məmmədov deyib ki, 2010-cu ilə qədər kommersiya, bizneslə məşğul olub: “Lerikdə 600 iş yeri yaratmışam. İndi belə çıxır ki, deputat olaraq biznesimi kiməsə bağışlamalıydım? Mən deputat kimi bizneslə məşğul ola bilmərəm. Ona görə də bütün biznesimi qohumlarıma transfer etmişəm. Biznesdə kredit də götürülə bilər, borc da verilə bilər. Bunu hardasa “filankəs kredit götürüb, yaxud borc müqaviləsi bağlayıb” kimi yazmağı, xəbərə çevirməyi anlamıram. Ya gərək məmur biznesi ola, rüşvət ola və aparıb harasa investisiya qoyasan ya da bankdan kredit götürəsən. Axı bankdan kredit götürmək qanunsuz bir şey deyil. Dediyim kimi, 2010-cu ildən bu yana ümumiyyətlə, proseslərin mənə aidiyyatı yoxdur”.
İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da 6-cı çağırış Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.
İqbal Məmmədov həm də "Kaspi Yıldız" şirkətinin, Lerikdə yerləşən "Relax" istirahət mərkəzinin, “Lerik Broyler” MMC-nin qeyri-rəsmi sahibi kimi tanınır.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA










