BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

Dünyanın koronavirus pandemiyasından əvvəlki vəziyyətə qayıda biləcəyi ağlabatan görünmür.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya “Pandemiya və inteqrasiya: təhlükə, yoxsa inkişaf amili?” adlı müzakirə zamanı bildirib.
“Əsas məsələ yeni vəziyyətin necə olacağıdır. Milliyətçilik, iqtisadi və sosial məsələlərdə yerli imkanlara arxalanmaq meylimi, yoxsa əməkdaşlıq və inteqrasiya meylimi üstün gələcək?”, - deyə sual verən BMT rəsmisi sonuncu ehtimalının gerçəkləşəcəyi qənaətindədir: “Tarixdən görürük ki, böyük təhlükələrdən sonra bəşəriyyət həmişə doğru qərarlar verib. BMT və ya Avropa iqtisadi qurumlarının yaradılmasını buna misal göstərmək olar. Yəni qarşıda ümumi düşmən görəndə insanlar birləşməyə razı olur”.
Diplomatın fikrincə, hələ pandemiyadan xeyli əvvəl dünyanın qədəm qoyduğu "əsrlər ərzində bir dəfə baş verən" köklü dəyişiklik mərhələsi pandemiya nəticəsində daha da sürətlənib və insanlar bir-birindən nə qədər asılı olduqlarına bir daha əmin oldular.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












