BMW saxta satış məlumatlarına görə 18 milyon dollar cərimə ödəyəcək

Almaniyanın avtomobil istehsalçısı “BMW Group” şirkətin ABŞ ərazisində avtomobil satışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlaması iddialarının nizamlanması çərçivəsində ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına 18 milyon ABŞ dolları ödəməyi qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd olunub ki, söhbət 2015-ci ildə 2019-cu ilə qədər olan dövrdəki hesabatlardan gedir.
“Məlumatların açıqlanmasında dəfələrlə yol verilən səhvlər səbəbi ilə BMW satış həcmləri və Amerika bazarında avtomobillərə olan tələbat barədə informasiyalarda investorları yanıldıb”, - nəşr maliyyə tənzimləyicisinin nümayəndəsindən sitat gətirib.
Qeyd olunub ki, şirkət məsələni günahını nə qəbul etmədən, nə də təkzib etmədən həll edib.
Qəzetin yazdığına görə, şirkətin araşdırma prosesindəki fəal əməkdaşlığı cərimə məbləğinin azaldılmasına yardımçı olub.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











