BNA rəhbəri: "Gələn ildən Bakıya dizellə işləyən avtobuslar gətirilməyəcək"

Son 5 ildə Bakı şəhərində 715 ədəd sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri gətirib. APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən ağacəkmə kampaniyasında deyib. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək: "2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir".
V.Kərimli bildirib ki, bu il daha 320 avtobusun Bakı şəhərinə gətirilməsi planlaşdırılır: "Bu avtobuslar Bakı ətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək. Benzin və dizel yanacağı ilə işləyən avtobuslarla müqayisədə sıxılmış qazla işləyən avtobuslarda ətraf mühitə atılan ağır metallar arasında 30-35 faiz fərq var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir".
BNA sədri qeyd edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 801 milyona qalxıb: "Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub".
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










