BNA “Nəqliyyat Könüllüləri” proqramına qəbul olunan könüllülərlə konfrans keçirib - FOTO

Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi “Nəqliyyat Könüllüləri” proqramına qəbul olunan könüllülərlə onlayn tanışlıq konfransı keçirilib. Konfransda Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, şöbə müdirləri və ötən ilin könüllüləri də iştirak ediblər.
Video konfransda iştirakçıları salamlayan Agentliyin aparat rəhbəri bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib və gənclərimizin həyat tərzinə çevrilib.
Məhz gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.
Aparat rəhbəri 2020-ci il “Könüllülər ili” elan olunmasının əhəmiyyətini qeyd edərək, Bakı Nəqliyyat Agentliyinin də ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına öz töhfələrini verdiyini bildirib. İlk könüllülük proqramı iştirakçısı olan 7 könüllü daimi işlə təmin olunub, 103 könüllü isə pandemiya dövründə icra olunan nəqliyyat əməliyyatlarının tənzimlənməsi üçün təşkil olunan ödənişli işlərə cəlb olunub.
Konfrans müddətində nəqliyyat könüllülərinin ötən il ərzində nailiyyətləri barədə danışılıb. Çıxışda pandemiya zamanı Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərində könüllülərin fəal iştirakı təqdirəlayiq hesab edilib və onlara hər zaman aktiv olmaları tövsiyə olunub.
Görüşdə həmçinin, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, könüllülər pandemiya şərtləri nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin mərkəzi aparatında və struktur bölmələrində təcrübə proqramına cəlb olunacaqlar. Könüllülərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların ixtisaslı kadr kimi formalaşmasına töhfə olacağı qeyd edilib.
Xatırladaq ki, “Nəqliyyat Könüllüləri” proqramının məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, cəlb edilən 60 nəfər gənc könüllü Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçəcək və sonda proqramı müvəffəqiyyətlə bitirən hər bir könüllüyə sertifikatlar təqdim ediləcək.
Namiq Musayev



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











