BNA: “Yaxın zamanlarda Bakıda pərakəndə parklanma probleminə son qoyulacaq”

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda parklanma islahatının aparılması üçün konsepsiya hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ARB kanalının efirində yayımlanan “Peşəkar müsahibə” verilişində qurumun İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov deyib.
“İki il əvvəl şəhərin parklanma islahatının həyata keçirilməsi ilə bağlı beynəlxalq səviyyədə tanınmış parklanma şirkətini dəvət etmişik. İki illik araşdırmalar aparılıb. Bu araşdırma tələb və təklifin öyrənilməsi, bütövlükdə sistemin təhlili və digər məsələləri əhatə edir. Arxasında çox ciddi təhlillərin dayandığı iki illik araşdırma sənədi BNA tərəfindən müzakirə edilərək qəbul edilib. Bundan sonra həmin sənəd üzrə tövsiyyələr nəzərə alınaraq sistemli parklanma islahatına dair konsepsiyamızı və onun tətbiqi ilə bağlı qanunvericilik aktlarını hazırladıq”, - F. Abbasov bildirib.
Onun sözlərinə görə, bu sənəd Nazirlər Kabinetinə təqdim edilib və hazırda aidiyyatı dövlət qurumları ilə razılaşdırma prosesindədir: "Ümid edirik ki çox yaxın zamanlarda bu prosedurları da sonlandıracağıq, nəhayət pərakəndə parklanma problemindən cəmiyyətin canını qurtaracağıq və sistemli parklanma islahatını tətbiq edə biləcəyik”.
F. Abbasov hesab edir ki, bu islahat nəqliyyat intensivliyinə uyğun olaraq şəhər ərazisinin zona bölgüsünü nəzərdə tutur: "Hər bir zonaya fərqli parklanma yanaşmaları tətbiq olunacaq. Konsepsiyada tariflərin də tətbiq olunması nəzərdə tutulur. Bunlar olmadan o sistemi tətbiq etmək mümkün deyil. Ondan sonra sistemli parklanma islahatının həyata keçirilməsinə başlanacaq. Bu dəfə proses mərhələli şəkildə həyata keçiriləcək. Pilot olaraq bu prosesə 6-cı paralel küçəsində başlaycağıq. Ondan sonra mərhələli şəkildə digər zonalara keçəcəyik".
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












