“Boeing”: Təyyarə uçuşları iki ildən sonra əvvəlki səviyyəyə qayıdacaq

“Boeing” şirkəti dünyada təyyarə uçuşları sayının iki ildən sonra, istehsal sahəsindəki artımın isə üç ildən sonra böhrandan əvvəlki səviyyəyə qayıdacağını güman edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Rusiya və MDB prezidenti Sergey Kravçenko ABŞ Ticarət Palatasının keçirdiyi konfransda məlumat verib.
“Boeing” nümayəndəsi cari ildə beynəlxalq aviaşirkətlərin 800 milyard dollar həcmində zərər çəkəcəklərinə dair proqnozlar olduğunu dilə gətirib: “Sərnişin daşımalarında böhrandan əvvəlki səviyyənin uzaqbaşı 40 faizinin şahidi olacağıq. Sözsüz ki, bu da hava nəqliyyatı sektorunda milyonlarla iş yeri bahasına başa gələcək”.
Həmçinin “Boeing”in pandemiya üzündən istehsalatı iki dəfə, geniş gövdəli təyyarə istehsalını isə üç dəfə azaltmaq qərarını aldığı xatırlanıb.
Dünyada hava nəqliyyatı ilə sərnişin daşımalarının 60 faiz azaldığı halda yük daşımalarının 50 faiz artdığı da vurğulanıb: “Bəli, dirçəlmə prosesinin çox uzun, bəlkə də üç il çəkəcəyini güman edirik, amma gələcək xeyli ürəkaçandır”.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











