Bölgələ məktəblərində 6 günlük iş həftəsinə keçiləcək

Xüsusi karantin rejimi dövründə dərslərin əyani formada keçirilməsi zamanı şagird sıxlığını tənzimləmək üçün bir sıra tədbirlər görülməlidir.
Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubunda bildirilib.
Bu tədbirlərdən biri budur ki, həftəsonları üçün xüsusi qaydalar tətbiq edilməyən şəhər və rayonların ümumi təhsil müəssisələrində 6 günlük iş həftəsinə keçiləcək. Sinif komplektlərinin məktəbə gəlmə qrafiki həftənin günləri üzrə bölüşdürüləcək. Bu zaman regiondan asılı olaraq hər sinif məktəbə həftədə 2 və ya 3 dəfə gələcək. Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsilalanın oturması və onlar arasında məsafənin hər tərəfdən 1,5 metrdən az olmaması təmin olunacaq. Bu məqsədlə, zərurət yarandığı halda, siniflər yarımqruplara bölünür və hər qrup üçün dərs cədvəli hazırlanacaq.
Sinif yarımqruplara bölünərkən “Xarici dil” fənni üzrə müəyyənləşdirilmiş bölgüdən istifadə olunacaq. Siniflərin qruplara bölünməsi zərurəti yarandığı halda, tədris planında həftəlik əyani dərs saatı 1 saat müəyyənləşdirilmiş fənlər hər bir qrup üçün həftəaşırı əyani formada tədris olunacaq. Beləliklə, müəllimlərin əlavə dərs yükü yaranmayacaq. Təhsilalanların fənlər üzrə həftəlik dərs yükünün miqdarının tam təmin edilməsi və təlim ehtiyaclarının ödənilməsi teledərslər vasitəsilə kompensasiya ediləcək. Tədris planında fənnin distant (məsafədən) formada tədrisinə ayrılmış saatlar müəllim tərəfindən bütün sinfə keçiləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











