Bolqarıstanda erməni əslli faşist Qaregin Njdeyə film çəkilib və heykəl ucaldılır - VİDEO

Bolqarıstanda erməni əslli faşist Qaregin Njde haqqında film çəkilib. Rusiyada nəşr olunan erməni saytlarının yaydığı məlumata görə, filmi Bolqarıstandakı erməni xeyriyyəçi maliyyələşdirib. Qeyd edilib ki, bolqar heykəltəraş erməni faşistinin büstünü də hazırlayıb və tezliklə açılışı olacaq. Abidənin postamentinin altı üçün torpaq isə Njdenin Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirdiyi Zəngəzurdan gətiriləcək.
Millət vəkili Sevil Mikayılova bildirir ki, Bolqarıstanda Erməni əslli faşist Njdeyə heykəl ucaldılmasını və bu cəllad üçün filmin çəkilməsini bütün dünya ictimaiyyəti birmənalı şəkildə etirazla qarşılamalıdır. Bolqarıstanda erməni əslli faşistə heykəl ucaldılması da təsadüfi deyil:
"Njdeyə Sovet məhkəməsi tərəfindən 25 il həbs cəzasının verilməsi və bu kimi faktlar hər kəsə məlumdur. Bu tarix elə də uzaq bir dövr deyil və dünya birliyi faşizmin nə olduğunu çox gözəl anlayır. 1945-ci ildə faşizm üzərində qələbə qazanmış ölkələr bu gün dünya birliyinin təhlükəsizliyi üçün yaranmış təhdidin fərqində olmalıdır. İllər öncə Azərbaycan dövlətinin Ermənistanın faşizm meyllərinin cücərdilməsində maraqlı olmasını ifşa etməsi bütün dünya üçün həyəcan təbili olmalı idi".
Sevil Mikayılova qeyd edib ki, ermənilərin bu dağıdıcı əməllərinin qarşısı birmənalı şəkildə alınmalıdır. Əks halda dünyada təhlükəsizliyin təhididi kimi çıxış edən Ermənistan dövlətinin azğınlaşmış əməllərinin çiçəklənməsini görəcəyik. Bununla da dünya birliyinin düzəninə vurulacaq zərbələrin nəticisinə bütün ölkələr şahid olacaq. (Trend )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












