Braziliyadakı erməni rayonu - ermənilər oranı da özəlləşdiriblər - FOTO

Braziliyada da bir Ermənistan torpağı olduğunu bilirdinizmi? Ermənistan bölgəsi və hətta Ermənistan metro stansiyası praktik olaraq Sao Paulo-nun mərkəzində yerləşir. Avtosfer.az sizə maraqlı bir faktdan danışacaq. Ayaq basdığı hər torpağı özününki hesab edən ermənilər sən demə Brazilyada da özlərinə torpaq seçib yaşayırmış. Belə ki, Erməni diasporası Braziliyada ötən əsrin əvvəllərində, ermənilərin Osmanlı İmperatorluğunun ərazilərindən qaçdıqları zaman yaranıb. Ermənilərin çoxu Sao Pauloda qalası olub. Bundan sonra ermənilər burada kök salmaq üçün 1920 -ci illərdə ilk erməni kilsəsini yaradıblar və zaman keçdikcə onların sayı bir neçə on minə çatıb.
Ermənilər kilsə ilə kifayətənməyərək braziliyalıların metrosunu da özəlləşdiriblər. Sao Paulo metrosunun tikilməsində maddi dəstək olduqları üçün ermənilər metronun adını «Armeniya» olaraq dəyişdiriblər.
Maraqlıdır ki, hal-hazırda Braziliyada artıq dördüncü və ya beşinci nəsil ermənilər var ki, onların çoxu erməni dilini belə bilmir, portuqal dilində danışırlar. Hətta onların bəziləri atalarının dilini öyrənmək üçün İrəvana gəlirlər. Ermənilər özlərini başqa millətlərə xatırlatmaq üçün yerli mağazaların adlarını belə Ermənistan qoyublar.
Hətta bir çox divarlara Ermənistanın əsas "simvollarından" sayılan Ararat ilə nəhəngi, qədim erməni monastırı Xor Virap grafitini çəkiblər. Buradan keçən bir çox insanın heç bu şəkillərin mənasından xəbəri də yoxdur.
Bu yolla günün birində Braziliya ilə torpaq davasına başlasalar ermənilər əllərində buranın dədə-baba yurdu oluğunu göstərən bir çox faktlar yaradır.
Yeri gəlmişkən qeyd edək ki, Braziliya erməni soyqırımını rəsmən tanıyıb. Ölkəsində bir bölgəni tamamilə zəbt edən erməniləri gördükdən sonra Braziliya üçün bu heç də təəccüblü deyil.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










