Bu avtobuslarla bağlı qərar iki həftəyə veriləcək - VİDEO

Avropa oyunları ərəfəsində istiqamətlərini dəyişən bəzi marşrut xətləri hələ də bərpa olunmayıb. Müvafiq qurum iki həftəyə vəziyyətin dəyişəcəyini bildirir. Avropa Oyunları ərəfəsində paytaxtın küçə və prospektlərində yarana biləcək tıxacların aradan qaldırlması məqsədilə Nəqliyyat Nazirliyi bir sıra tədbirlər həyata keçirdi. Bu tədbirlərdən biri də paytaxtın Parlament prospekti istiqamətində hərəkət edən maşrut xətlərinin istiqamətinin dəyişməsidir. Baxmayaraq ki, oyunların bitməsindən xeyli vaxt keçib, həmin maşrutların istiqaməti yenidən bərpa olunmuyub.
Bir neçə aydır ki, davam edən bu vəziyyət sürücülərlə yanaşı sərnişinlərin də işini çətinə salıb. Məsələ ondadır ki, Parlament prospektinlə hərəkət edən 18, 6 və 13 saylı marşrutlar yolunu dəyişərək, Mikayıl Müşviq küçəsi istiqamətində hərəkət edir. Bu da həm yolun uzanmasına, həm də sərnişinlərin ya piyada getməsinə, ya da ki, bir neçə marşrut dəyişməsinə səbəb olur. Sadalanan bu marşurutlardan yalnız 18 saylı marşrutun istiqaməti bərpa olunub. Elə sürücülər də yaranan bu vəziyyətdən məmnun deyil.
Sürücülərin sözlərinə görə, köhnə istiqamətdə də hərəkət edən zaman, nəqliyyat departamentinin müfəttişləri onlara qarşı cərimə tətbiq etməyə başlayır.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyindən bildirdilər ki, bu istiqamətlərlə bağlı nazirliyə tez-tez zənglər daxil olur. Nazirlikdə bütün bunları nəzərə alaraq bu istiqamətdə yeni işlərin görülməsini planlaşdırır. “Hamını razı salmaq olmur. Çünki hər bir şəxs istəyir ki, avtobus onun çalışdığı iş, yaşadığı ev istiqamətində hərəkət etsin. Bu da ki, dünyanın heç bir yerində belə bir ortaq məxrəcə gəlinməyib. Amma iki həftəyə qədər sərnişin daşımada yeniliklər tətbiq olunacaq”, - deyə nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Qalır gözləmək, iki həftə bir o qədər də böyük zaman kəsiyi deyil. Əsas məsələ sərnişinin rahatlığını və məmnunluğunu təmin etməkdir.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










