Bu dəfə də İsveçrəni “məğlub etdik”

Yol polisinin son statistikası heç də ürəkaçan deyil. Birinci yarımildə 577 yol qəzasında 313 nəfər həyatını itirib. Doğrudur, əvvəlki illərə nisbətdə ölüm halları azalmaq üzrə gedir. Bəs bu göstərici 10,2 milyon nəfər əhalisi, 1,6 milyon nəqliyyat vasitəsi olan ölkə üçün çoxdur, yoxsa az?
Avtosfer.az xəbər verir ki, 9 milyon əhalisi olan İsveçrədə 6,4 milyon motorlu nəqliyyat vasitəsi var. Ölkənin ərazisi Azərbaycandan yarıbayarı azdır. Şəxsi səfərlərimiz zamanı ölkə yollarında intensivliyə şahid olduq. Konfederasiyaya hər gün qonşu ölkələrdən nəzarətsiz qaydada (Şengen ölkələri) on minlərlə avtomobil daxil olur. Qatar və təyyarələr də bu kiçik ölkəyə hər gün on minlərlə əcnəbi gəlir.
Lakin bunların fonunda bu dağlıq ölkədə yol qəzalarında ölüm sayı bizdən dəfələrlə azdır. İsveçrədə 2023-cü ildə baş verən yol qəzalarında 236, 2024-cü ildə isə 250 nəfər həlak olub. Nəzərə alaq ki, İsveçrə ərazisinin yarıdan çoxunu dağlar təşkil edir. İlin böyük hissəsi meteoroloji şərait maşın sürmək üçün əlverişli deyil. Dekabrdan aprelədək yolların çoxu qar və buzla örtülü olur. Bununla belə, qəzalar bizimlə müqayisədə azdır.
Əlbəttə ki, İsveçrə bu nəticəyə qısa müddətdə nail olmayıb. 70-ci illərdə İsveçrə yollarında ölüm halları bizdəkindən dəfələrlə çox idi. Sonradan sərt tədbirlər nəticəsində indiki nəticə ortaya çıxdı.
Azərbaycana gəlincə, hər 2 qəzadan birinin ölümlə nəticələnməsi narahatlıq doğurmaya bilməz. Təbliğat, maarifləndirmə, cərimə, cəza və digər tədbirlər müntəzəm həyata keçirilir. Bu məsələdə kiminsə əməyini yerə vurmaq ədalətsizlik olardı. Lakin görünür ki, çəkilən zəhmət hələ tam nəticə vermir.
Vüqar
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










