Bu dəfə taksi sürücüsü nəqliyyat qoçusunu döydü - VİDEO

Ötən gecə Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı taksi dayanacağında qeydə alınıb. Bakı Sərnişin və Yük Daşıma Departamentinin əməkdaşı, 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən “50 CK 149” dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçıb.
Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkmiş Mirsadıq Həmidovun izahatı alınıb. Polis Nəqliyyat Nazirliyinin işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb. Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












