Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır - FOTO

COVID-19 infeksiyası ilə bağlı aparılan daha bir kliniki elmi tədqiqat işi başa çatıb. Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Onun sözlərinə görə, yeni tədqiqat artıq nüfuzlu "The Lancet" jurnalında dərc edilib.
Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasın COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs edir.
N.Abdullayev qeyd edib ki, Budesonid ilə 7 gün, gün ərzində 2 dəfə müalicə alanlarda aşağıdakı nəticələr alınıb:

- Budesonid almayanlarla müqayisədə ümumi müalicənin vaxtı azalıb
- Budesonid almayan kontrol qrupla müqayisədə Budesonid alanların temperaturu daha az davam edib
- İki həftədən sonra onların qalıcı simptomları daha az olub və buna görə də "Long COVID" simptomlarının da qarşısını ala biləcəyi düşünülür
- Budesonid alan xəstələr temperatur salıcı dərmanlardan da çox qısa müddət istifadə ediblər
- Budesonidin qəbulu təxminən 90%-ə qədər xəstəxanaya düşmə riskini azaldır. Bu dərmanın simptom başlayandan 3 gün sonraya qədər qəbulu zamanı rast gəlinib
- Yüngül yan təsirləri isə çox az hallarda rast gəlinib, təxminən 7%-ə qədər.
“Budesonidin gündə iki dəfə inhalyasiya şəklində qəbulu xəstəxanada ciddi tibbi müdaxilə riskini azaldır və sağalmağa qədər olan zamanı qısaldır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq COVID-19 müalicəsində bu dərman elmi əsaslı tətbiq edilə bilər”, - N.Abdullayev bildirib.
O əlavə edib ki, Budesonid spreyinin xəstələrdə tətbiqi və kliniki tədqiqatla təsdiqi bu dərmanın astma xəstələrində istifadə zamanı onların COVID-19-u yüngül keçirməsindən sonra başlanılıb.
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO











