“Bu, ən böyük əfv sərəncamlarından biridir” - Çingiz Qənizadə

Hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə bu gün imzalanmış əfv sərəncamına münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən sərəncam son illərdə kəmiyyət və keyfiyyət etibarilə ən böyük əfv sərəncamlarından biridir:
“Bu dəfə də cənab Prezident 625 məhkum barəsində əfv sərəncamı imzalayıb. Biz həmişə Prezidentin belə humanist addımlarının şahidi olmuşuq.
Bu dəfə isə o, daha çox məhkumu və məhkum ailələrini sevindirib. Nəzərə alaq ki, 625 nəfər məhkumu tanıyan onlarla qohum-əqrəbalar bu gün Prezidentin sərəncamı ilə Novruz bayramı öncəsi şad oldu.
Biz hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu olaraq öz müraciətlərimizi komissiyaya ünvanlamışdıq. Onlara da baxılıb. Həmişə olduğu kimi, hüquq müdafiə təşkilatlarının müraciətlərinin müəyyən hissəsinə müsbət dəyər verilib. Buna görə də Komissiyaya və Prezidentə təşəkkür edirik.
Bu qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra biz hüquq müdafiəçiləri böyük bir amnistiya aktının qəbul edilməsini də gözləyirik. Bunun müəllifi Prezident və yaxud Birinci vitse-prezident ola bilər.
Amma amnistiya aktı qanundur və Milli Məclisdə təsdiq edilməlidir. Bu baxımdan, arzulayırdıq ki, ulu öndərin doğum günü ərəfəsində belə bir amnistiya aktı qəbul edilsin”.
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










