Bu ərazilərdə yeni tunellər tikiləcək

“Digər yol layihələri isə şəhər daxilindəki “dar boğaz”ların aradan qaldırılmasına xidmət edir”.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
“Məsələn, “Excelsior Hotel” yaxınlığında mövcud olan sıxlıq probleminin həlli üçün yeni tunellərin tikintisi nəzərdə tutulur. Bu tunellər vasitəsilə avtomobillər birbaşa Ağaoğlu küçəsinə, ADA Universiteti istiqamətinə yönləndiriləcək və əsas tunelə düşən yük azalacaq.
Şəhərin ən ciddi “dar boğaz”larından biri isə “20 Yanvar” ərazisidir. Dövlət proqramında bu problemin həlli üçün bir neçə layihə yer alıb. Burada əsas rolu yenə dairəvi yollar oynayacaq. Məqsəd nəqliyyat axınını mərkəzdən yayındırmaq və alternativ marşrutlar yaratmaqdır.
Artıq bəzi layihələr üzrə tikinti işlərinə başlanılıb və ilkin mərhələnin ilin sonuna qədər tamamlanması planlaşdırılır. Yol qovşaqları və yeni bağlantılar üzrə hazırlıq işləri də davam edir”, - deyə o vurğulayıb.
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı













