Bu gün həlak olanlardan ikisi yeniyetmədir - Adlar
Gündəm
27 Sentyabr 2020 23:17

"Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar". Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: "Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.
Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir.
Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk", - deyə məlumatda qeyd olunur.
Fidan
Oxunub : 888
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
ŞƏRH YAZ












