Bu gün pərdəli maşın sürməyin son günüdür

Azərbaycanda avtomobillərin pərdə və plyonka ilə idarə edilməsinə sabahdan qadağa qoyulacaq. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin anspress-ə verdiyi məlumata görə, standarta uyğun olaraq noyabrın 15-dən sonra maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilməyəcək. “Düşünürəm ki, sürücülə qayda-qanunlara əməl edəcəklər. Artıq günəşli hava olmadığı üçün indidən sürücülər maşınlarındakı plyonka və pərdələri yığışdıra bilərlər”, - deyə Kamran Əliyev bildirib. Qurum rəsmisi deyir ki, noyabrın 15-dən sonra hansısa maşında plyonka və pərdə aşkarlanarsa ciddi tədbir görüləcək.
Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










